İslam Oyunları: Daha iki boksçumuz finalda
09.11.2025 - 21:53
İslam Oyunları: Daha iki boksçumuz finalda

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.

Apasport.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Aynur Mikayılova yarımfinalda iordaniyalı Nura Abunabla qarşılaşıb. Təmsilçimiz rəqibini 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Digər boksçumuz, Məhəmmədəli Qasımzadə (60 kq) isə Səudiyyə Ərəbistanı təmsilçisi Tamer Almatrfi üzərində inamlı qələbə qazanaraq final mərhələsinə yüksəlib.

Eyni zamanda, digər idmançılarımız - Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) yarımfinal mərhələsində məğlub olublar və bürünc medalla kifayətləniblər.