Bu gün boks üzrə kadetlər arasında zona birinciliklərinin final mərhələsi start götürəcək.
Apasport.az xəbər verir ki, Şamaxı Olimpiya Mərkəzində keçiriləcək yarışda 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Yarışda 57 komandanın 159 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi mayın 26-da başa çatacaq.
Döyüşlər saat 15:00-da başlayacaq. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.
Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq. Döyüşləri yeri ədalət təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Moldova, Qırğızıstan və Özbəkistandan beynəlxalq dərəcəli referilər də idarə edəcək.
- Azərbaycan boksçuları Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklər
- 3 boksçumuz Dünya kubokunda mərhələ adlayıb
- İki boksçumuz Dünya kubokuna qələbə ilə başlayıb
- Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər
- Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar