Kadetlər arasında zona birinciliyinin final mərhələsi başlayır
22.04.2025 - 10:52
Bu gün boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək.
Apasport.az xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Yarışda 50 komandanın 153 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi aprelin 26-da başa çatacaq.
Döyüşlər bu gün, saat 15:00-da start götürəcək. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.
Final mərhələsi çərçivəsində, həmçinin qız boksçuların da seçim turniri olacaq. Mübarizəyə 30 idmançı qoşulacaq.
Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0