Kişi boksçularımız Göygöldə hazırlıq keçir
14.03.2025 - 17:54
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.
Apasport.az xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığı Göygöldə davam etdirir.
Məşqçilər heyəti toplanışa 31 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət texniki-taktiki hazırlığa yönələcək.
Qeyd edək ki, hazırlıq martın 25-də yekunlaşacaq.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0