Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün turnirin yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Azərbaycan millisinin 3 boksçusu raundu qələbə ilə başa vurub.
48 kq çəki dərəcəsində Tural Sarıyev Samet Oruc Salihlə (Türkiyə) üz-üzə gəlib. 4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn gələn boksçumuz finala yüksəlib. O, həlledici görüşdə Luis Runi (İrlandiya) ilə qarşılaşacaq.
51 kq çəki dərəcəsində Nicat Hüseynov yarımfinal döyüşündə qələbə qazanıb. O, Omer Ametoviçdən (Serbiya) üstün olub - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Hüseynov finalda Rudolf Qarboyanla (Ermənistan) döyüşəcək.
80 kq çəki dərəcəsində Murad Allahverdiyev də yarımfinal görüşünü xeyrinə bitirib. O, Ahmed Mavriçi (Serbiya) hər 3 raundda məğlub edərək, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz finalda Sezar Yojerlinlə (Fransa) gücünü yoxlayacaq.
Qeyd edək ki, boksçularımızdan Marjona Savriyeva (50 kq) Avropa çempionatında bürünc medal qazanıb.
- Kadetlər arasında zona birinciliklərinin final mərhələsi başlayır
- Boksçularımız Gürcüstandan 12 medalla qayıdır
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- "Heydər Əliyev kuboku-2026": 16 oğlan boksçumuz finalda mübarizə aparacaq
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub