Paris-2024: Boksçumuz gümüş medal qazanıb
10.08.2024 - 00:54
Paris Yay Olimpiya Oyunlarında boks üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, təmsilçimiz Alfonso Dominqes 92 kq çəki dərəcəsində final matçına çıxıb.
O, həlledici görüşdə özbəkistanlı Lazizbek Mullojonov ilə qarşılaşıb.
Qarşılaşma rəqibin 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Dominqes turnirin gümüş mükafatı ilə kifayətlənməli olub.
Qeyd edək ki, təmsilçimiz Tokio-2021-də bürünc medal qazanıb. Bununla da Alfonso, boks tariximizdə ikiqat olimpiya mükafatçısı olan yeganə idmançı kimi tarixə düşüb.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0