Yeniyetmə boksçularımız Gürcüstan millisi ilə hazırlığa başlayıb
04.03.2025 - 16:33
Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.
Apasport.az xəbər verir ki, Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışına başlayıb.
Gürcüstan yığması ilə keçirilən hazırlıqda 22 boksçumuz iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və millimiz ertəsi gün Bakıya qayıdacaq.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0