Yığmamız dünya çempionatına yollanıb
07.03.2025 - 13:56
Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, martın 8-16-da keçiriləcək mundailda Azərbaycan millisi də mübarizə aparacaq.
Yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.
Dünya çempionatına bir gün öncə yollanan millimiz martın 17-də Bakıya qayıdacaq.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0