Yığmamız “Strandja” turnirini 4 medalla başa vurub
03.03.2025 - 10:33
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə beynəlxalq “Strandja” turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışı 2 gümüş və 2 bürünc medalla başa vurub.
Yığmamızın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar. Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar.
Millimiz bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0