11 cüdoçumuz Böyük Dəbilqədə çıxış edəcək
06.05.2026 - 10:22
11 cüdoçumuz Böyük Dəbilqədə çıxış edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8–10 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışda 7 çəki dərəcəsində 11 cüdoçumuz (6 kişi, 5 qadın) mübarizə aparacaq.

İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər

66 kq

Rəşad Yelkiyev

Turan Bayramov

73 kq

Rəşid Məmmədəliyev

90 kq

Aslan Kotsoyev

+100 kq

Camal Feyziyev

Uşanqi Kokauri

Qadınlar

48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

52 kq

Gültac Məmmədəliyeva

Leyla Əliyeva

70 kq

Südabə Ağayeva