14 cüdoçumuz Avropa kubokunda iştirak edəcək
30.05.2024 - 20:12
14 cüdoçumuz Avropa kubokunda iştirak edəcək

Gənc cüdoçulardan ibarət Azərbaycan millisi Avropa kubokunda iştirak edəcək.

Apasport.az xəbər verir ki, turnir iyunun 1-2-də Avstriyanın Qrats şəhərində baş tutacaq.

Yarışda millimizin 14 idmançısı tatamiyə çıxacaq. Heyətdə Nizami İmranov (60 kq), İslam Rəhimov, Məhəmməd Musayev (hər ikisi 66 kq), Aydın Rzayev, Süleyman Əliyev (hər ikisi 73 kq), Süleyman Şükürov, Məhəmmədrza Hacızadə, Nahid Tarquliyev (hamısı 81 kq), Tuncay Şamil, Aslan Kotsoyev, İsmayıl Zamanov (hamısı 90 kq), Nihad Şıxəlizadə (100 kq), Kənan Nəsibov və Ramazan Əhmədov (hər ikisi +100 kq) yer alıblar.

Qeyd edək ki, turnirdə 30 ölkə təmsilçiləri iştirak edəcəklər.

0