2 cüdoçumuz yarımfinala yüksəlib
27.04.2024 - 16:51
Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında mübarizəyə qoşulub.
Apasport.az xəbər verir ki, yarışın son günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev 1/4 finala, Elcan Hacıyev yarımfinala qədər irəliləyib.
Yarımfinala adlayan digər idmançımız Zelim Kotsoyev isə 100 kq çəkidə bu uğura imza atıb.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0