6 cüdoçumuz Böyük Dəbilqə turnirində çıxış edəcək
29.04.2026 - 11:23
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan mötəbər yarışda kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.
Heyəti təqdim edirik:
Kişilər
60 kq
Murad Muradlı
66 kq
Nizami İmranov
İslam Rəhimov
73 kq
Rəşid Məmmədəliyev
+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov
0
0