ACF hakim olmaq istəyənlər üçün seminar keçirib
24.09.2024 - 11:23
Azərbaycan Cüdo Federasiyası (ACF) hakim olmaq istəyən gənclər üçün ilk seminar təşkil edib.
Apasport.az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir milli komandaların təlim-məşq mərkəzində baş tutub.
Qurumun Hakimlər Komissiyası tərəfindən keçirilən müsabiqədə 35 namizəd seçilib.
Federasiya həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması və saylarının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəklərini bildirib.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0