Avropa çempionatı: 2 cüdoçumuz finalda!
06.09.2024 - 15:53
Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında daha iki gənc cüdoçumuz finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, bunlar Vüsal Qələndərzadə (73 kq) və Süleyman Şükürovdur (81 kq).
Qeyd edək ki, ilk gündən sonra millimizin aktivində 2 qızıl, 1 gümüş medal var. Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Nizami İmranov (60 kq) gümüş medal qazanıb.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
1
0