Avropa kubokuna 14 cüdoçumuz qatılacaq
17.05.2024 - 20:03
Avropa kubokuna 14 cüdoçumuz qatılacaq

Mayın 18-19-da İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku keçiriləcək.

Apasport.az xəbər verir ki, turnirdə 21 ölkədən 351 idmançı iştirak edəcək.

Azərbaycan yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

İdmançılarımız 20-22 mayda Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

60 kq
Əli Hacıyev
Murad Muradlı

66 kq
Mehdi Cəfərov
İslam Rəhimov
Məhəmməd Musayev

73 kq
Aydın Rzayev
Əbil Yusubov

81 kq
Süleyman Şükürov
Əli Hacızadə

90 kq
Davud Namazlı
Tuncay Şamil

100 kq
Əjdər Bağırov

+100 kq
Kənan Nəsibov
İlkin Baxşəliyev

0