Avropa Kubokunda 11 ölkə iştirak edəcək
31.03.2026 - 13:17
Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.
Apasport.az xəbər verir ki, yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.
Turnirdə Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ təmsilçiləri tatamiyə çıxacaqlar.
Yarışda Azərbaycanın 100-dən çox idmançısı çıxış edəcək.
Xatırladaq ki, turnir aprelin 4-5-də Gəncə İdman Sarayında təşkil olunacaq.
- Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim olunub
- Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Cüdo birinciliklərində 126 yeniyetmə mübarizə aparacaq
- Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində 4 medal qazanıblar
0
0