Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
10.12.2025 - 15:18
Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə 20 yaşadək gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 55 klub və idman cəmiyyətindən 169 cüdoçu ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaq.
Yarışın ilk günündə fərdi, ardınca isə komandalararası mübarizə baş tutacaq.
Yarışın təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-dan etibarən başlayacaq.
Qeyd edək ki, Azərbaycan birinciliyi dekabrın 13-14-də keçiriləcək.
- Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib
- Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib
- Təmsilçilərimizdən beynəlxalq turnirdə iki medal
- Millimiz Avropa Kubokunun ilk gününü 8 medalla başa vurub
- Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
0
0