Bakıda təşkil olunacaq "Böyük dəbilqə"nin tarixi bəlli olub
22.10.2024 - 17:54
Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri növbəti Olimpiya tsikli üçün dünya cüdo təqvimində yer alacaq.
Apasport.az xəbər verir ki, paytaxtda relllaşacaq reytinq yarışı yenidən Dünya Turunun ayrılmaz hissəsinə çevriləcək.
Gələn il turnir yenə qışın son ayında - fevralın 14-16-da baş tutacaq.
Qeyd edək ki, builki Bakı “Böyük dəbilqə”sində 62 ölkədən 404 cüdoçu mübarizə aparıb.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0