“Böyük dəbilqə”: Murad Fətiyev bürünc medal qazanıb
13.10.2024 - 18:37
BƏƏ-nin Abu-Dabidə şəhərində təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri bu gün başa çatacaq.
Apasport.az xəbər verir ki, son yarış günündə 4 Azərbaycan idmançısı tatamiyə çıxıb.
90 kq çəki dərəcəsində Murad Fətiyev mübarizəyə ikinci mərhələdən start verib. Luka Babutsidzeyə (Gürcüstan) qalib gələn cüdoçunuz 1/4 finalda Ciovani Ferreyradan (Braziliya) güclü olub. Finala gedən yolda Murad Yesper Sminkə uduzub. O, bürünc uğrunda Peter Safrani ilə güləşib. Qələbə qazanan Fətiyev bürünc medal qazanıb.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0