Azərbaycan millisinin cüdoçuları Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov əməliyyat olunublar.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Cüdo Federasiyası yayıb.
İdmançılarımız ölkə xaricindən dəvət edilmiş yüksək səviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunublar.
Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyevdə Akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.
Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Nəcəfovun 12 həftə (təxminən 3 ay), Hacıyevin isə 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal