Cüdo birinciliklərində 126 yeniyetmə mübarizə aparacaq
01.07.2026 - 15:49
Yardımlı Olimpiya İdman Kompleksində keçiriləcək U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə Cənub bölgəsi region birinciliklərində ümumilikdə 126 idmançı mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, turnirin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.
U-17 kateqoriyası üzrə qeydə alınacaq nəticələr idmançılara Azərbaycan yığmasının heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
Qeyd edək ki, region birincilikləri iyulun 3 və 4-də təşkil olunacaq.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0