Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan keçirib
21.06.2024 - 16:33
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə "Qəbələ" İdman Klubunda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
ACF-nin mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, 100-ə yaxın cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib.
İmtahandan uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
1
0