Bu gün 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.
Apasport.az xəbər verir ki, mübarizənin son günündə komanda yarışları keçirilib.
Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 10, qızlarda isə 5 kollektiv qüvvəsini sınayıb.
Oğlanların mübarizəsində Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ baş mükafata sahib çıxıb. Abşeron-Xızı RGİİ gümüş medallara yiyələnib. Respublika Kompleks İdman Məktəbi və Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM komandaları III yeri tutublar.
Qızlardan təşkil olunmuş kollektivlərin yarışında isə Gəncə-Daşkəsən RGİİ komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ ikinci yerin sahibi olub. Respublika Kompleks İdman Məktəbinin komandası bürünc mükafata yiyələnib.
- Cüdoçularımız ilin son təlim-məşq toplanışını Şamaxıda keçirlər
- ACF məşqçilər üçün seminar və imtahan təşkil edib
- Cüdo üzrə ölkə birinciliyinə start verilib - FOTO
- 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrəAzərbaycan birinciliyi başa çatıb – komanda yarışlarının qalibləri müəyyənləşib