Cüdo üzrə region birincilikləri keçiriləcək
24.06.2026 - 21:27
27–28 iyun tarixlərində U-14 və U-17 yeniyetmələr arasında Şimal bölgəsi üzrə region birincilikləri keçiriləcək.
Qusar Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 172 cüdoçu mübarizə aparacaq.
Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.
U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0