
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Almaniyanın paytaxtı Berlində keçiriləcək Avropa kubokunda iştirak edəcək.
Apasport.az xəbər verir ki, turnir iyulun 27-28-də baş tutacaq.
Millimiz yarışa 22 cüdoçu ilə yollanacaq. Nizami İmranov, Murad Muradlı, Məhərrəm Mirzəyev (hamısı 60 kq), İslam Rəhimov, Nicat Nağıyev (hər ikisi 66 kq), Aydın Rzayev, Süleyman Əliyev, Abil Yusubov (hər ikisi 73 kq), Süleyman Şükürov, Əli Hacızadə, Nahid Tarquliyev (hamısı 81 kq), Tuncay Şamil (90 kq), Nihad Şıxəlizadə, Əjdar Bağırov (hər ikisi 100 kq), Könül Əliyeva, Fəridə Mirzəyeva (hər ikisi 48 kq), Xədicə Qədaşova (52 kq), Lətifə Abbasova, Fidan Qasımova, Fidan Əlizadə , Gülnarə Bayramova (hamısı 57 kq) Almaniyada tatami üzərində mübarizə aparacaq.
Qeyd edək ki, Avropa kubokunda 35 ölkənin komandası iştirak edəcək.
- Cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib - FOTO
- Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb - FOTO
- Millimizin Qubada təlim-məşq toplanışı davam edir - FOTO
- Cüdoçularımız Şimali Makedoniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb
- Bakıda cüdo üzrə “Kata for All” festivalı keçiriləcək