Cüdoçular Paris-2024-ə Qubada hazırlaşıb
06.06.2024 - 19:37
Cüdo üzrə Azərbaycan yığması Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı başa çatıb.
Apasport.az xəbər verir ki, hazırlıqda 30-a yaxın cüdoçu içtirak edib.
Azərbaycan Cüdo Federasiyasında verilən məlumata görə, toplanışda idmançılar yüksək performansı təmin etmək üçün intensiv məşq sesiyalarında iştirak edib, texnika və strategiyalarını mükəmməlləşdiriblər. Məşqlərin əsas məqsədi idmançıları qarşıdan gələn Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlıqdır.
Qeyd edək ki, təlim-məşq toplanışına mayın 27-də start verilib.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0