28-29 sentyabrda Çexiyanın paytaxtı Praqada Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Açıq Avropa turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 34 ölkədən 371 idmançı iştirak edəcək. Azərbaycan yarışda kişilər arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında Babarəhim Mirzəyev, Hüseyn Allahyarov, Rövşən Əliyev (hamısı 60 kq), Elşən Əsədov, Mehdi Cəfərov, Rəşad Yelkiyev, Nazir Talıbov (hamısı 66 kq), Rüfət Şövlətov, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Musa Hüseynli, İbrahim Ağakişiyev (hər ikisi 90 kq), Nihad Şıxəlizadə (100 kq), Camal Qamzatxanov və İmran Yusifov (hər ikisi +100 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal