Azərbaycanın yeniyetmə cüdoçuları Macarıstanın Dyör şəhərində Avropa Kubokunda iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı keçiriləcək turnirdə 29 ölkədən 614 idmançı mübarizə aparacaq.
Millimiz yarışda oğlanlar arasında 8 çəki dərəsində 21 cüdoçu ilə təmsil olunacaq.
Əli Axundov, Mehdi Məmmədli (50 kq), Bayram Orucov (55 kq), Davud Əliyev, İsa Allahverdi, Ömər Həsanoğlu, Sənan Xəmiyev (60 kq), Yusif Abbasov, Ayxan Ələkbərov, Hüseyn Hüseynov, Aslan İsmayılov, Sadıq Seyidəliyev (66 kq), Cahangir Həqverdiyev, Əhməd Mehdiyev, Şamil Sadıqov, Həmid Şərbətov (73 kq) Tunar Abdullayev, Akif Zeydquliyev (81 kq), Canpolad Əliyev, Əmir Xəzriyev (90 kq) və Cavidan Məsimov (+90 kq) qalib adı uğrunda yarışacaq.
Qeyd edək ki, Avropa Kuboku noyabrın 9-dan 10-dək davam edəcək.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal