Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Apasport.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesinə cüdoçularımızla yanaşı, Niderland, Finlandiya və Qazaxıstan yığmalarının üzvləri də qatılıblar.
Toplanış çərçivəsində cüdoçuların fiziki və texniki-taktiki hazırlığının təkmilləşdirilməsinə yönəlmiş məşqlər keçirilir, eyni zamanda müxtəlif ölkələrin idmançılarının iştirakı ilə randori sessiyaları təşkil olunur.
Beynəlxalq təlim-məşq toplanışı milli komandamızın qarşıdakı mühüm yarışlara — Macarıstan Böyük Dəbilqəsinə və Bakının ev sahibliyi edəcəyi cüdo üzrə dünya çempionatına hazırlıq proqramının bir hissəsidir.