Cüdoçularımız dünya kata çempionatında iştirak edəcəklər
05.11.2024 - 15:36
Azərbaycan cüdoçuları noyabrın 9-10-da ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək dünya kata çempionatında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, Nage-no-katada Malik Alahverdiyev (tori, hücum edən idmançı), Samir İsmayılov (uke, hücum edilən idmançı) İsmayıl Rzayev (tori), İbrahim Aslanov (uke), katame-no-katada Rafiq Nəcəfov (tori), Əmrah Əhmədov (uke) çıxış edəcəklər.
32 ölkədən 282 idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.
Cüdoçularımız “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndləri nümayiş etdirəcəklər.
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
- Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim olunub
- Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
0
0