Cüdoçularımız Türingiya Kubokunda 6 medal qazanıb - FOTO
22.03.2026 - 12:26
Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku başa çatıb.
Apasport.az xəbər verir ki, 32-ci dəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Yarışda Sunay Salamova (-40 kq) qızıl, Zəhra Quliyeva (-40 kq) gümüş, Pərvin Sevxanlı (-44 kq), Könül Eyvazlı (-48 kq), Məsumə Məmmədli (-70 kq) və Zemfira Əliyeva (+70 kq) bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb.
- Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib
- Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib
- Təmsilçilərimizdən beynəlxalq turnirdə iki medal
- Millimiz Avropa Kubokunun ilk gününü 8 medalla başa vurub
- Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
0
0