Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının üzvləri 19-23 avqustda İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Apasport.az xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın gənc oğlanlardan və qızlardan ibərət milli yığmasının 18 idmançısı iştirak edib.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli və qadınlardan ibarət yığma komandanın məşqçiləri Elnur İsmayılov rəhbərlik edib.
Qeyd edək ki, təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal