Cüdoçularımız Vətənə qayıdır
03.08.2024 - 00:40
2024 Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanan cüdoçularımız Vətənə qayıdır.
Apasport.az xəbər verir ki, idmançılarımızın qarşılanma mərasimində idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və azarkeşlər iştirak edəcək.
Azərbaycan cüdoçuları Hidayət Heydərov (-73 kq.) və Zelim Kotsoyev (-100 kq.) Paris 2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar.
Xatırladaq ki, Azərbaycan cüdo üzrə yarışlarda 2 qızıl medal qazanaraq ümumi hesabda və kişilər arasında ikinci yeri tutub.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
4
0