Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal
28.06.2026 - 12:44
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin ilk yarış günündə Azərbaycan milli komandası 3 medal qazanıb.
Apasport.az xəbər verir ki, Elşən Əsədov (-66 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala layiq görülüb. Kamran Süleymanov (-73 kq) isə yarışı bürünc medalla başa vurub.
Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0