Cüdoçularımızdan uğurlu start
29.09.2024 - 12:42
Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa turniri keçirilir.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.
Kişilərin mübarizəsində Rəşad Yelkiyev (66 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 60 kq çəkidə yarışan Hüseyn Allahyarov isə finalda uduzaraq gümüş medala sahib çıxıb.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0