Cüdoçularımızdan Xorvatiyada 3 medal
13.09.2024 - 20:59
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri turniri davam edir.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz ilk gündə 3 medal qazanıblar.
60 kq çəki dərəcəsində Əhməd Yusifov finala qədər uğurla irəliləyib. Yalnız həlledici görüşdə məğlub olan idmançımız gümüş medalla kifayətlənib.
Eyni çəkidə digər təmsilçimiz Turan Bayramov bürünc medal qazanıb.
66 kq çəkidə mübarizə aparan Ruslan Paşayev isə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, Qran-pri turnirinə sentyabrın 15-də yekun vurulacaq.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0