Cüdoçumuz bürünc medal qazanıb
04.10.2024 - 15:44
Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, milli üzvü 81 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində yer alıb.
S.Şükürov Mixaylo Simin (Serbiya), Senq-Min Kim (Koreya) və Coşua De Lanqı (Niderland) məğlub edərək yarımfinala yüksəlib. Burada Jianq Nan Vanqa (Çin) uduzan cüdoçumuz bürünc medal uğrunda görüşdə Muhammad Yusufzodanı (Tacikistan) üstələyib.
Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı ilk medaldır.
- Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
- Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Cüdo üzrə Azərbaycan çempionatı yekunlaşıb
- "50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"
- Cüdo üzrə ölkə çempionatında fərdi mübarizələr başa çatıb - FOTO
0
0