Cüdoçumuz dünya çempionatında gümüş medal qazanıb
05.10.2024 - 17:32
Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, milli üzvü +100 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsində yer alıb.
K.Nəsibov qızıl medal uğrunda görüşdə Denis Batsayevə (AIN) məğlub olub.
Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı üçüncü medaldır. Daha əvvəl Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) mundialda bürünc medal əldə ediblər.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0