Cüdoçumuz dünya çempionatında mübarizəni dayandırıb
07.10.2026 - 14:34
Azərbaycan cüdoçusu Hanna Zaytseva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Macarıstan təmsilçisi Anna Kriza ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Zaytseva mundialla vidalaşıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb.
- Rəşid Məmmədəliyevdən dünya çempionatında bürünc medal - YENİLƏNİB
- DÇ: Hidayət Heydərov mübarizəni dayandırdı - YENİLƏNİB
- Xədicə Qədəşova mundialla vidalaşdı
- Dünya çempionatı: Cüdoçularımız tatamiyə çıxır - YENİLƏNİR
- Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
0
0