Daha 4 cüdoçumuz "Böyük Dəbilqə"də mübarizəyə başlayır
11.05.2024 - 10:32
Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirində ikinci günün görüşləri keçiriləcək.
Apasport.az xəbər verir ki, növbəti gündə Azərbaycanın 4 cüdoçusu 2 çəki dərəcəsində mübarizəyə qoşulacaq.
Kişilər arasında Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (hər ikisi 81kq) məşqçilərin etimadını doğrultmalıdırlar.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımızdan yalnız Kamran Süleymanov bürünc medal qazanıb.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0