Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, millimiz aktivinə daha iki medal yazdırıb.
60 kq çəki dərəcəsində Nizami İmranov mübarizəyə 1/8 finaldan başlayıb. O, italiyalı Françesko Sampinonu məğlub edərək növbəti mərhələyə yüksəlib. Nizami 1/4 finalda serbiyalı Marko Yorgiçdən də üstün olub. Nizaminin yarımfinalda fransalı rəqibi Zahariye Dijola qalib gəlib. İmranov həlledici qarşılaşmada Nazar Viskova (Ukrayna) uduzaraq gümüş medalla kifayətlənib.
57 kq çəkidə isə Fidan Əlizadə ilk görüşdə lixteynşteynli Lei Vissanı məğlub edib. O, 1/8 finalda sloveniyalı Yevgeniya Qaiçdən üstün olub. Növbəti mərhələdə britaniyalı Kloe Linkdən də güclü olan Fidan yarımfinala yüksəlib. İdmançımız rumıniyalı Vanessa Toleayanı da keçərək, adını finala yazdırıb. Cüdoçumuz gürcüstanlı Nino Loladzeni məğlub edərək qızıl medal qazanıb.
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
- Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim olunub
- Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək