Bu gün Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.
Apasport.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.
Turnirin ilk günündə oğlanlar -50 kq, -55 kq, -60 kq, -66 kq; qızlar -40 kq, -44 kq, -48 kq və -52 kq çəki dərəcələrində mübarizə aparır.
Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları 16 çəki dərəcəsində qüvvəsini sınayır. Analoji yarışa dördüncü dəfə ev sahibliyi edən Azərbaycan turnirdə 127 idmançı ilə təmsil olunur.
- Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib
- Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib
- Təmsilçilərimizdən beynəlxalq turnirdə iki medal
- Millimiz Avropa Kubokunun ilk gününü 8 medalla başa vurub
- Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək