Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışına start verilib.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən hazırlıq prosesinə 8 ölkədən 200-ə yaxın idmançı qatılıb.
Təlim düşərgəsində Azərbaycan millisi ilə yanaşı, Belarus, Bolqarıstan, Qazaxıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ nümayəndələri də iştirak edir.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Orxan Səfərov və Kotaro Sasaki, eləcə də yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov və Tərlan Kərimov rəhbərlik edirlər.
Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən təlim-məşq toplanışı aprelin 8-də başa çatacaq.
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
- Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim olunub
- Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək