Hidayət Heydərovun potensial rəqibi yarışdan kənarlaşdırılıb
29.07.2024 - 10:17
Cüdo üzrə Azərbaycan millisinin lideri, dünya çempionu Hidayət Heydərovun Yay Olimpiya Oyunlarının ikinci mərhələsindəki potensial rəqibi Messud Dris yarışa buraxılmayıb.
Apasport.az xəbər verir ki, buna əlcəzairli idmançının yarışdan bir gün öncə çəki itirməsi səbəb olub.
Nəticədə onun rəqibi israilli Tohar Bitbul 1/8 finalda Hidayətə rəqib olub.
Qeyd edək ki, Olimpiadada cüdo üzrə yarışlar saat 12:00-da başlayacaq.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0