İdman səfiri Orxan Səfərov Sabirabad rayonunda uşaqlarla görüşüb
27.06.2024 - 13:35
Gənclər və İdman Nazirliyinin bu il üçün seçdiyi idman səfirləri mütəmadi olaraq ölkəmizin regionlarında idmanın kütləviliyi və təbliği üçün müxtəlif tədbirlərdə fəal iştirak edirlər.
Nazirlikdən apasport.az-a verilən məlumata görə, bu yolda cüdo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərovun iştirakı ilə Sabirabad rayonunda cüdo idman növündə ustad dərsi keçirilib.
O, dərslərdə uşaqlara və gənclərə müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsi haqqında məlumat verib, əməl etməli olduqları qaydalar barədə öz təcrübələrini bölüşüb.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0