Beynəlxalq Cüdo Federasiyası (IJF) Abu-Dabidə keçirilən dünya çempionatının qaliblərinə xüsusi qırmızı nişanlar göndərib.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çempionluq nişanlarını qəbul ediblər.
Bu nişan kimononun arxasına cüdoçunun adı yazılmış qırmızı düzbucaqlıdan ibarətdir. Belə işarə idmançının dünya çempionu statusunu göstərir.
Beynəlxalq Cüdo Federasiyası tərəfindən atılan bu addım hazırkı titul sahiblərini fərqləndirməyə xidmət edir. Olimpiya çempionlarının kimonolarının arxasında isə fərqli nişan – qızılı rəngli düzbucaqlı olur.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal