Fevralın 14-15-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-16 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının I turu keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 73 klub və idman cəmiyyətindən 358 idmançı (302 oğlan, 56 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.
"İstedadların seçimi" yarışının keçirilməsində məqsəd Azərbaycan millisinin sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.
Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaq.
- Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
- Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb
- Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
- Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi loqosu təqdim olunub
- Yardımlıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək