25 mayda Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun ikinci turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 26 klub, cəmiyyət və idman təşkilatından olan 63 cüdoçu arasında 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.
Yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal