Millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu
03.05.2026 - 18:31
Millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turniri başa çatıb. 

Apasport.az xəbər verir ki, Azərbaycanın cüdo millisi yarışı 3 bürünc medalla başa vurub.

Bu gün təmsilçilərimizdən Camal Qamzatxanov (+100 kq) və Uşanqi Kokauri (+100 kq) üçüncü pilləyə yüksəliblər.

Bununla da yığmamız turniri 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, daha öncə təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.